Onlayn ictimai-siyasi qəzet
Fransada Yeni il gecəsi kütləvi vandalizm hadisələri qeydə alınıb.
Musavat.com xəbər verir ki, Rəsmi məlumatlara görə, ölkə üzrə 1 173 avtomobil yandırılıb. Ən çox zərər Aşağı Reyn departamentində qeydə alınıb — burada 117 avtomobil məhv edilib. Sözügedən departamentdə yerləşən Strasburq “Miladın paytaxtı” kimi tanınır.
İkinci yerdə Rona departamenti qərarlaşıb. İnzibati mərkəzi Lion olan bu bölgədə 82 avtomobilin yandırıldığı bildirilib.
Bundan başqa, ölkənin qərbində yerləşən Jirond və Paris ətrafındakı Val-d’Uaz departamentlərində 36 avtomobil, Nor departamentində isə 32 avtomobilin yandırıldığı qeydə alınıb.
Hüquq-mühafizə orqanları hadisələrlə bağlı araşdırmalara başlayıb. Saxlanılanların sayı və dəymiş ümumi maddi ziyan barədə hələlik ətraflı məlumat açıqlanmayıb. Fransa hakimiyyəti Yeni il gecəsi baş verən vandalizm hallarını ictimai asayişə ciddi təhdid kimi qiymətləndirir və təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini bildirir.
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ