İnsanlara hürriyət, millətlərə istiqlal!

Xoşagəlməz görüntüsü yayılan “Mercedes” sürücüsü cərimələndi

Bakının mərkəzində ictimai qınağa səbəb olan daha bir qayda pozuntusu qeydə alınıb. Paytaxtın Səbail rayonu, Zərifə Əliyeva küçəsində hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü yolun hərəkət hissəsinə zibil atıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, artıq 99-AA-160 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü barəsində inzibati protokol tərtib olunub. Sürücü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 352.2-ci maddəsi – nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılması maddəsi ilə məsuliyyətə cəlb edilib və barəsində inzibati cərimə tətbiq olunub.

Hadisə fevralın 25-də səhər saatlarında baş verib. Qayda pozuntusu digər avtomobilin videoregistratoru vasitəsilə qeydə alınıb. Kadrlardan açıq şəkildə görünür ki, “Mercedes” markalı avtomobilin sürücüsü əlində olan tullantını pəncərədən asfalta ataraq yoluna davam edir.

Hüquq-mühafizə orqanları vətəndaşları şəhərin təmizliyinə və ictimai qaydalara hörmətlə yanaşmağa çağırır.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR