İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın Zəngəzur “sancısı” BUNA GÖRƏ imiş...

“Zəngəzur dəhlizi faktiki olaraq ABŞ-nin “TRIPP” adlandırılan geoiqtisadi layihəsidir”. Bu fikirləri iranlı ekspert Mehdi Məqsumi səsləndirib.

O deyib ki, məsələnin həll yollarından biri İranı müxalif tərəfdən tərəfdaşa çevirməkdir. “İran Ermənistana təklif etməlidir ki, əgər Azərbaycanın Naxçıvanla birləşməsi reallaşırsa, İranın da həmin şəbəkəyə qoşulması eyni vaxtda inkişaf etdirilməli və bu, çoxtərəfli bir şəbəkə formasını almalıdır”.

İran Cənubi Qafqaz üçün təhdidə çevrilir | Poliqon.info

Məqsumi daha sonra qeyd edib ki, İran başqa tələblər də səsləndirməlidir. “İran bəyan etməlidir ki, o, bu dəhlizə yox, yalnız klassik tipli birləşməyə qarşıdır. Bu məsələ diplomatik baxımdan fövqəladə əhəmiyyət daşıyır”. Ekspert İranın əlində ciddi imkanların olduğunu da iddia edib: “İranın əlində çox güclü bir kozır var – Azərbaycanı İran ərazisi vasitəsilə Naxçıvanla birləşdirmək imkanı mövcuddur”.

Məqsumi bununla “Araz dəhlizini” nəzərdə tutub. Onun sözlərində müəyyən qədər praqmatizm var və xüsusən də İranın tərəfdaş kimi çıxış etməsini təklif edir. Yəni Tehran da dəhlizdən pay götürməlidir. Əslində, uzun müddətdir ki, cənub qonşumuzun bu məsələdə “sancısı” məhz iştirak payı ilə bağlıdır. Son vaxtlar da SEPAH generalları təhdid xarakterli bəyanatlarla çıxış edərək dəhlizə qarşı mövqe ortaya qoyurlar. Hətta “Tramp yolu”na zərbə endirmək hədələri səslənir.

Top 10 Under 40 2024: Meet Mehdi Masoumi With Deaf AI - Design Engineering

Bu halda iranlı ekspertin sözlərini necə qəbul etmək lazımdır – Tehranın mesajı, yoxsa şəxsi mövqeyi? Ermənistan “Tramp yolu”ndan İranın da faydalanmasına şərait yarada bilərmi?

Siyasi ekspert Züriyə Qarayeva İranın bu layihədə iştirakını istisna edir. Onun fikrincə, ABŞ ilə münaqişə vəziyyətində olan ölkənin Trampın adına olan logistikadan istifadəsi real görünmür. Ekspert hesab edir ki, ABŞ sanksiya tətbiq etdiyi İrana belə bir iqtisadi dividend qazandırmaq istəməz: "Eynilə Rusiyanın da iştirakı gözlənilmir. Hətta Ermənistan hökuməti bu fikri açıq bəyan edib. Həmçinin İran haqda bu proqnozu irəli sürmək mümkündür. Nəzərə alaq ki, Zəngəzur dəhlizi Orta

Dəhlizin bir parçasıdır. Bu layihə İranın geosiyasi və geostrateji əhəmiyyətini azalda bilər. Tehran da məhz bu səbəbdən etiraz edir. İran istəmir ki, bu yoldan yüklər daşınsın. O halda onun Ermənistan və Gürcüstan üzərindən Avropaya çıxışı əhəmiyyətli yol olmayacaq. Əgər İrəvan Tehrana hər hansı pay verərsə, ABŞ dərhal etiraz edəcək. O baxımdan, bu məsələdə gərginlik qalacaq".

Zəngəzur dəhlizi haqda Zəfərə bərabər müjdə: “Heç bir problem qalmayıb!”

Züriyə Qarayevaya görə, Tehran mümkün qədər təzyiq göstərməyə çalışacaq və təhdidlər yağdıracaq: "Hazırda yolun açılması üçün bəzi risklərin olduğu deyilir. Amma İranın müdaxilə edəcəyinə inanmıram. Əks halda, böyük təpki ilə üzləşə bilər. Tehran razılaşmalıdır ki, bu marşrut beynəlxalq layihədir və hər hansı təxribat ona baha başa gələcək. Əslində, İran üçün Araz dəhlizi də var. Yəni bu məsələni həddən artıq böyük problemə çevirməyə ehtiyac yoxdur".

Emil Salamoğlu
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR