Onlayn ictimai-siyasi qəzet
Türkiyə Super Liqasının 2-ci turunda "Ərzurumspor" doğma meydanda "Qalatasaray" ilə qarşılaşacaq.
Azərbaycan millisinin üzvü, "Qarabağ"ın sabiq futbolçusu Nəriman Axundzadə "göy-ağlar"ın heyətində son çempiona qarşı oynayacaq.
Xatırladaq ki, Nəriman 1-ci turda "Amed"lə görüşün 76-cı dəqiqəsində oyuna daxil olmuş, lakin heç bir məhsuldarlıqla yadda qalmamışdı.
Komanda "sarı-qırmızılar"a qarşı oynanılacaq matç öncəsi son məşqini ötürmə, qaçış və taktiki məşqlərlə yekunlaşdırıb.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. (fanat.az)
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ