İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ordusu 1945-ci ildən bəri ilk dəfə hərbçini edam edəcək

ABŞ prezidenti Donald Tramp 2009-cu ildə Texasdakı Fort Hudda 13 nəfəri öldürən keçmiş ABŞ ordusu psixiatrı Nidal Həsənin edam edilməsi üçün güllələnmə briqadasından istifadəni təsdiqləyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ müdafiə naziri Pit Heqset Həsənin güllələnmə briqadası tərəfindən edam edilməsini tövsiyə edib və Tramp qərarı təsdiqləyib. Müdafiə Nazirliyinin sözçüsü Şon Parnellin sözlərinə görə, Heqset "2009-cu ildə Fort Hudda silahsız Amerika əsgərlərinə atəş açan cihadçının" edamının vaxtını və yerini müəyyən edəcək. Parnell əlavə edib: "O, 13 nəfəri öldürüb və daha 32 nəfəri yaralayıb. Nəhayət, Həsənin haqq-hesab günü gəlib."

ABŞ ordusunun mayoru və psixiatrı olan Həsən 2013-cü ilin iyul ayında 13 birinci dərəcəli qətl və 32 qəsdən adam öldürməyə cəhd ittihamı ilə məhkum edilib. O, günahını etiraf edib və "hər hansı bir səhvə" görə üzr istəyib.

Edam cəzasına məhkum edilən şəxs Fələstin əsilli ABŞ vətəndaşıdır. O, hədəfinin "qanunsuz müharibə"də döyüşmək üçün Əfqanıstana göndəriləcək əsgərlər olduğunu bildirib. 2009-cu ildə Fort Hud bazasında tibbi müayinə üçün toplaşan əsgərlərə atəş açıb. Polislə atışmada Həsən yaralanıb və belindən aşağı iflic olub. Hazırda o, əlil arabasından istifadə edir.

Amerika ordusunda gülləbaran dəstəsi tərəfindən edam edilən sonuncu əsgər Eddi Slovik olub. CNN-in məlumatına görə, bu hadisə 1945-ci ilin yanvar ayında Fransada baş verib. Daha sonra hərbi tribunal onu fərarilikdə günahkar bilib. Eyni zamanda, kanal qeyd edib ki, II dünya müharibəsi zamanı təxminən 50 min amerikalı fəraridən yalnız Slovik edam edilib. General Duayt Eyzenhauer bu hökmün Avropa cəbhəsindəki həlledici döyüşlər zamanı fərarilik etməyi düşünə biləcək digər insanlara xəbərdarlıq olaraq icra edilməsini əmr etdi.

ABŞ əsgərinin sonuncu məlum edamı 1961-ci ildə həyata keçirilib. Con Bennet 11 yaşlı qıza təcavüz və sui-qəsd cəhdinə görə asılıb.

ABŞ qanunlarına görə, ABŞ əsgərinə verilən hər hansı bir ölüm hökmü ölüm cəzasını yüngülləşdirmək səlahiyyətinə malik prezident tərəfindən təsdiqlənməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR