İnsanlara hürriyət, millətlərə istiqlal!

"Xəstəxanaya çata bilmədi, hoteldə dünyasını dəyişdi" - Fəzail Ağamalının həyat yoldaşı

"Sirdaşım idi. Həmişə deyirdi ki, sən mənim qardaşımsan".

Musavat.com bildirir ki, bu sözləri mərhum sabiq deputat Fəzail Ağamalının həyat yoldaşı Suqra İmanova vida mərasimində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Fəzail Ağamalı qəfildən infarkt keçirib və müayinə üçün xəstəxanaya getmək istəsə də, xəstəxanaya çatmayıb:

"Ürəyində heç vaxt ağrısı olmayıb. Türkiyəyə gedəndə də ağrıları yox idi. İlk dəfə idi ki, infarkt keçirirdi. Müayinə üçün xəstəxanaya getmişdi, amma xəstəxanaya çatmadı, hoteldə dünyasını dəyişdi. Heyif, çox heyif ondan..."

Xatırladaq ki, Fəzail Ağamalı ötən gün Ankarada vəfat edib. O, uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR