İnsanlara hürriyət, millətlərə istiqlal!

“Wildberries” ətrafında böyük oyun

Rusiyanın ən böyük onlayn ticarət platformalarından “Wildberries” hökumətdən dəstək almaq üçün geniş kampaniyaya başlayıb. Moskvada Kreml və Rusiya hökumətinin yerləşdiyi Ağ evin ətrafında şirkətə dəstək çağırışlarının yer aldığı reklam lövhələri peyda olub.

Musavat.com xəbər verir ki, “Wildberries”in dəstəklənməsi üçün böyük inzibati resursun işə salındığı iddia olunur.

Mənbələr bunu şirkətin ortaq sahibləri sırasında Rusiya Prezident Administrasiyasının rəhbəri Anton Vayno, Prezident Administrasiyası rəhbərinin müavini Aleksey Qromov və senator Süleyman Kərimovun olduğunu iddia etmələri ilə əlaqələndirirlər.

Bu “hücum” fonunda çərşənbə axşamı Rusiya hökumətinin “Wildberries”ə yardım göstərilməsi imkanlarını araşdırdığı barədə məlumatlar yayılıb. Gözləntilərə görə, mümkün yardım prosesində əsas rol VTB bankına verilə bilər.

“Şirkətə yardıma gəlincə, bütövlükdə bu vəziyyət, əlbəttə, hökumətin nəzarətindədir. Dialoq aparılır. Hələlik bununla bağlı heç bir konkret qərar qəbul edilməyib”, – deyə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Maraqlıdır ki, bütün bunlar RWB sahiblərinin kosmosla bağlı layihələrə, turizm şirkətlərinin, nəqliyyat aqreqatorlarının, parfümeriya və aptek şəbəkələrinin alınmasına yüz milyardlarla rubl yatırdığı, hətta hava limanı əldə etdiyi bir vaxtda baş verir. Şirkət sahibləri bu qeyri-profil layihələrdən imtina etmək niyyətində də deyillər.

RWB-nin “baş strukturu” olan “Russ” isə Rusiyanın ən böyük küçə reklamı operatorudur. RWB-nin 2025-ci ildə gəliri 1,19 trilyon rubl təşkil edib.

Mənbələrin informasiyasına görə, Vayno, Qromov və Kərimov vaxtilə Vladimir Putini  “Wildberries”in ələ keçirilməsinə razılıq verməyə inandırarkən bunun büdcəni və on milyonlarla rusiyalını “doyuracaq” beynəlxalq meqakorporasiyaya çevriləcəyini vəd ediblər.

Material müəllifləri isə istehza ilə qeyd edirlər ki, hələlik reallıqda proses tam əks istiqamətdə gedir.

“Wildberries”in özündə isə problemlər davam edir. Bu səhər pilotsuz uçuş aparatları Moskva vilayətinin Koledino qəsəbəsində yerləşən marketplace anbarına hücum etməyə çalışıb. Lakin vurulan dronlar yaxınlıqdakı başqa anbarın üzərinə düşüb.

Koledinoda malları olan satıcılar məhsullarını anbardan çıxarmağa çalışsalar da, mənbənin məlumatına görə, buna icazə verilmir. Əksinə, bəzi satıcıların malları digər anbarlardan Koledinoya daşınır. Materialda qeyd olunur ki, bu qərar satıcıların özlərini də təəccübləndirib.

“Wildberries”də yaranmış logistika problemlərinin biznesə təsirinin artıq ciddi olduğu bildirilir. Mənbəyə görə, bəzi satıcılarda sifarişlərin sayı 3-5 dəfə azalıb.

Bunun əsas səbəbi WB-nin logistika sistemində yaranmış problemlər göstərilir. Alıcılar sifarişlərinin nə vaxt çatacağını sonsuzadək gözləmək istəmədikləri üçün onları ləğv edirlər. Bəzi hallarda isə çatdırılmanın öhdəsindən gələ bilməyəcəyini görən marketplace sifarişləri özü ləğv edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR