Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp zəlzələdən sonra ABŞ-ın Venesuelaya yardım göstərəcəyini açıqlayıb.
Musavat.com xəbər verir ki, o, bu barədə Ağ Evdə keçirilən tədbir zamanı danışıb: "Yeri gəlmişkən, dünən gecə Karakasda çox güclü bir zəlzələ baş verdi, amma biz onlara kömək edəcəyik".
Qeyd edək ki, ABŞ Venesuelaya ilkin yardım kimi 150 milyon dollar ayırıb. Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Venesuela ilə maliyyə əməliyyatlarına qoyulan məhdudiyyətləri 23 oktyabra qədər ləğv edib. Qərara Venesuelada zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı bütün əməliyyatlara aiddir.
Musavat.com
26 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ