Onlayn ictimai-siyasi qəzet
Ukraynada rus hərbçisinin qəddarlığı əks olunan kadrlar sosial şəbəkələrdə rezonans doğurub.
Musavat.com xəbər verir ki, paylaşılan videoda rus əsgərinin sadəcə “əylənmək” üçün atı güllələdiyi görünür.
Məlumata görə, hadisə ön cəbhə bölgələrindən birində qeydə alınıb.
Kadrlardan da göründüyü kimi, silahlı hərbçi heç bir səbəb olmadan atı hədəfə alaraq güllələyir. Daha sonra o, bu hərəkətini əsgər yoldaşları ilə birlikdə gülərək izləyir.
Musavat.com
07 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ