İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəmi 5 nəfər qalmışdı, biri vəfat etdi

Füzuli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nofəl Qasımovun atası, 44 günlük Vətən müharibəsinin şəhidi Səid Rəşidzadənin babası, İkinci Dünya müharibəsi veteranı Rəşid Mənsim oğlu Qasımov ötən gün 101 yaşında vəfat edib.

Bu barədə mərhumun yaxınları bildiriblər. Qeyd edək ki, Rəşid Qasımov 1941-1945-ci illər müharibəsinin sağ qalan 5 iştirakçısından biri idi.

Modern.az yazır ki, o, 18 yaşında İkinci Dünya müharibəsinə yollanıb, 1945-ci ildə doğulduğu rayona I qrup əlil kimi qayıdıb. Rəşid Qasımov hitlerçilərlə döyüşlərin birində sağ ayağını itirib. Müharibədə göstərdiyi şücaətə görə I dərəcəli “Vətən müharibəsi” ordeni ilə təltif edilib.

Müharibədən qayıdandan sonra Füzuli rayonunun təsərrüfat həyatının ön sıralarında olan Rəşid Qasımov aqronom, zootexnik, ferma müdiri, briqadir vəzifələrində çalışıb. 1993-cü ildən məcburi köçkün kimi Göyçay rayonunun Xəlitli kəndində məskunlaşmışdı.

Rəşid kişinin oğlu və nəvəsi də Qarabağ savaşında iştirak ediblər.

Xatırladaq ki, İkinci Dünya müharibəsində 600 mindən çox azərbaycanlı iştirak edib. Onların yarısı – 300 min nəfəri müharibədə həlak olmuş, 300 mini isə sağ qayıtmışdı..

Allah rəhmət eləsin!

\\yenisabah

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR