İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! İlham Mirzəyevlə bağlı MÜHÜM MƏLUMAT açıqlandı

Teleaparıcı İlham Mirzəyevin son vəziyyəti açıqlanıb.

Mərkəzi Klinikanın Mətbuat xidmətinin rəhbəri Elşən Şükürov Musavat.com-un sorğusuna cavab olaraq bildirib ki, İlham Mirzəyev sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində xəstəxanaya qəbul olunub:

“Angioplastika icra olunub və stent implantasiya edilib. Hazırda xəstənin vəziyyəti ağır stabil olaraq, kardioreanimasiya şöbəsində kompleks müalicəsi davam etdirilir”.

Qeyd edək ki, aparıcı ötən gün bu haqda sosial şəbəkə hesabında paylaşım edib:

“Hazırda Mərkəzi Klinikadayam. Dualarınıza ehtiyacım var. Hamınız haqqınızı halal edin. Vəziyyətim yaxşı deyil. Göydə Allah, yerdə sizin dualarınız”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR