İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada etirazlar genişlənir: Kiyev, Xarkov və Odessada yüzlərlə insan küçələrə çıxdı - VİDEO

Ukrayna Müdafiə naziri Mixail Fyodorovun vəzifəsindən azad edilməsindən sonra ölkədə vəziyyət gərginləşib.

Musavat.com xəbər verir ki, yerli sosial şəbəkə səhifələrinin yaydığı məlumatlara görə, paytaxt Kiyevlə yanaşı, Xarkov, Odessa və digər iri şəhərlərdə də etiraz aksiyaları davam edir.

Küçələrə çıxan onlarla, bəzi yerlərdə isə yüzlərlə insan nazirin istefasına etiraz edir. Aksiyalarda Müdafiə Nazirliyində başlanan islahatların dayandırılmaması və dron proqramlarının təhlükəyə atılmaması tələb olunur.

Yaxın saatlarda aksiyaların daha da genişlənəcəyi gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR