İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada dəhşətli su böhranı qapıda: Rusiya yeni və daha amansız hücum dalğasına hazırlaşır

Rusiya ordusu Ukraynanın həyati əhəmiyyətli infrastruktur obyektlərinə qarşı genişmiqyaslı zərbələr endirməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa və beynəlxalq ictimaiyyətə xəbərdarlıq edib.

Prezidentin sözlərinə görə, işğalçı tərəf bu dəfə əsas hədəf olaraq ölkənin su təchizatı sistemlərini, logistika mərkəzlərini və kritik infrastrukturunu seçib.

Zelenski qeyd edib ki, Kremlin məqsədi Ukrayna xalqını susuz qoymaqla ciddi humanitar fəlakət yaratmaqdır. O, yerli icmaları bu təhlükəyə qarşı hazır olmağa çağırıb və Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün daha çox raketə ehtiyacı olduğunu vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR