İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Soçi və Moskvaya hücum etdi: aeroportlar dayandı

Ukrayna Rusiyanın Krasnodar və Moskva vilayətlərinə dron hücumu həyata keçirib.

Musavat.com xəbər verir ki, Moskva meri Sergey Sobyanin gecə ərzində paytaxta hücum edən 35 pilotsuz təyyarənin vurulduğunu açıqlayıb. Moskva aeroportları səhərə qədər işini dayandırıb.

Krasnodarda isə hədəf Soçi yaxınlığındakı neft anbarı və Rusiyaya məxsus S-400 hava hücumundan müdafiə sistemləri olub. Sonuncular Abxaziya ilə sərhəddəki Psou çayı sahilində - Sirius kəndi yaxınlığında yerləşdirilib.

Rusiya tərəfi hücumu etiraf edir. Krasnodar diyarı əməliyyat qrupu açıqlayıb ki, Soçiyə və Sirius hava hücumundan müdafiə sisteminə dron hücumu neft anbarında yanğına səbəb olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR