İnsanlara hürriyət, millətlərə istiqlal!

TRIPP İran və Rusiya üçün əlverişli imkanlar yaradır – Mirzoyan

Ermənistan ərazisindən keçərək Azərbaycandan Naxçıvana qədər uzanan Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi Rusiya və İran üçün faydalı imkanlar yaradacaq.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan  ölkənin İctimai Televiziyasına verdiyi müsahibədə deyib: "İranlı həmkarlarımdan eşitdiyim kimi, infrastruktur blokadasının qaldırılması İranda suallar doğurub və bu suallara cavab tapılıb. İndi İran və biz açıq suallardan, narahatlıqlardan və ya qeyd etdiyiniz kimi problemlərdən daha çox imkanlar görürük".

Mirzoyan qeyd edib ki, tikiləcək və ya bərpa ediləcək, işə salınacaq və ya yenidən başlayacaq infrastruktur qonşu ölkələr üçün yeni imkanlar yaradır: "İran niyə bu proseslərə qarşı olmalıdır? Eyni şey Rusiyaya da aiddir. Rusiya Ermənistandakı infrastrukturda iştirak edirmi? Bəli, iştirak edir. Onların bu sahədə iştirak etməsi üçün imkanlar yaradılacaqmı? Bəli və biz Rusiyanın bu məsələ ilə bağlı rəsmi şərhlərini eşitmişik, onlar da iştirak etməyə və dəstək verməyə hazır olduqlarını bildiriblər. Ermənistanda həyata keçirilə biləcək bütün infrastruktur və digər layihələrin maraqlara əsaslanması və ilk növbədə Ermənistan üçün, eləcə də ABŞ, AB, Rusiya və ya Yaxın Şərq olsun, qonşularımız və digər maraqlı tərəfdaşlarımız üçün faydalı olması üçün hər şeyi edəcəyik".

Eyni zamanda nazir qeyd edib ki, TRIPP layihəsinin praktiki icrası 2026-cı ilin ikinci yarısında başlaya bilər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR