İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhərə yağan bombalar mülki obyektləri KÜLƏ DÖNDƏRDİ

Cümə axşamına keçən gecə Rusiya hərbçiləri Kramatorsk şəhərinə 7 aviabomba atıb.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti (DFHX) məlumat yayıb.

DFHX-nin məlumatına görə, bombalar yaşayış massivinə düşüb. Nəticədə 16 mənzilli bina və digər mülki infrastruktur obyektləri zədələnib, yanğınlar baş verib. Hadisə zamanı iki nəfər xəsarət alıb.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov özünün "Telegram" kanalında bildirib ki, pilotsuz uçuş aparatı şəhərin Osnovyanski rayonundakı ticarət mərkəzinə hücum edib. Onun sözlərinə görə, hücum nəticəsində 40 yaşlı bir kişi həlak olub. İlkin məlumata əsasən, daha iki nəfər xəsarət alıb.

Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov isə Zaporojye rayonunun Qriqorovka kəndində 78 yaşlı qadının PUA zərbəsi nəticəsində həlak olduğunu bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR