İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın dəstəklədiyi Moreno Senatda kompromis axtarır

ABŞ Senatında səhiyyə subsidiyalarının uzadılması ilə bağlı aparılan danışıqlarda gözlənilməz şəkildə Trampın loyalisti hesab olunan senator Berni Moreno ön plana çıxıb.

Musavat.com xəbər verir ki, bununla bağlı “Politico” saytı maraqlı yazı dərc edib.

Saytın xəbərinə görə, ABŞ-də gələn ilin seçkiləri ərəfəsində prezident seçkilərinin yalnız xarici siyasət deyil, həm də sosial məsələlər üzərindən qurulacağı artıq görünür. Bu konteksdə Moreno kimi fiqurlar Vaşinqtonun yeni siyasi nəsli kimi təqdim olunur.

Danışıqların mövzusu - Obamacare çərçivəsində verilən sığorta subsidiyalarının daha iki il müddətinə uzadılmasıdır. Subsidiyaların geri çəkilməsi bir çox ştatlarda seçiciləri narazı saldığı üçün Respublikaçılar Partiyası daxilində taktiki hesablamalara səbəb olur. Ohayodan senator Moreno bu məsələdə Tramp administrasiyası ilə koordinasiyaya öncüllük edən fiqur kimi çıxış edir.

Bu, həm də ABŞ siyasətində yeni fenomeni göstərir: bir vaxtlar yalnız “kənar” anti-sistem kimi təqdim edilən trampizm indi Senatın institusional mexanizmlərinə daxil olur. Berni Moreno hazırda Susan Kollinz, Cin Şahin, Liza Murkovski və Tim Keyn kimi kompromisçilərlə bir masadadır - bu, Respublikaçı fraksiyada yeni siyasi mərkəzin formalaşdığının əlaməti kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR