İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Müctəba Xameneini oğurlamaq istəyir? – ABŞ prezidentinin sözləri müzakirələrə səbəb oldu – VİDEO

Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın İranla bağlı açıqlaması diqqət çəkib. Jurnalist Trampdan İran böhranının həllinin nə qədər vaxt aparacağını soruşub.

“İran məsələsinə gəlincə, hansısa vaxt çərçivəsi barədə fikriniz varmı? Bir ay, bir il? Oradakı problemlərin həlli nə qədər çəkəcək?” – deyə jurnalist soruşub.

Tramp isə cavabında bildirib:

“Həmişə çətindir. Biz Venesuela məsələsini 24 saatdan da az müddətdə həll etdik”.

Bəzi şərhlərdə bu sözlər Tramp administrasiyasının İranın ali lideri Müctəba Xameneiyə qarşı mümkün addımlar ata biləcəyi kimi yozulub. Lakin Trampın açıqlamasında Müctəba Xamenei ilə bağlı hər hansı konkret plan və ya “oğurluq” ifadəsi səslənməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR