Onlayn ictimai-siyasi qəzet
ABŞ Dövlət Departamenti 2025-ci ildə prezident Donald Trampın vəzifəyə başlamasından bəri 250 mindən çox vizanı ləğv edib.
Musavat.com xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Tommi Piqot Fox News-a deyib:
"Prezident Tramp və Dövlət katibi Marko Rubionun rəhbərliyi altında Dövlət Departamenti 250 mindən çox vizanı ləğv edib - bu, Amerika xalqını qorumaq üçün sarsılmaz öhdəliyimizi əks etdirən tarixi bir mərhələdir".
Piqot qeyd edib ki, ABŞ hakimiyyəti tərəfindən verilən hər bir viza qərarı "ölkənin milli təhlükəsizliyi ilə bağlı" bir qərardır. O, davamlı yoxlama yolu ilə ABŞ-ın cinayət törədənləri, terrorizmi dəstəkləyənləri və ya ABŞ immiqrasiya sistemindən sui-istifadə edənləri "görünməmiş miqyasda" müəyyən etdiyini bildirib: "ABŞ vizası hüquq deyil, bir imtiyazdır və bu imtiyazın şərtlərini pozsanız, onu itirirsiniz".
Sentyabrın 28-də Dövlət Departamenti korrupsiyada iştirak etməkdə və narkotik qaçaqmalçılığını dəstəkləməkdə şübhəli bilinən Boliviya, Kolumbiya, Ekvador və Perudan olan bəzi rəsmilərə viza məhdudiyyətləri tətbiq edib.
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ