İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp administrasiyası dövründə gizli razılaşma: CİA Ukraynaya dəstəyi dayandırmayıb

Vaşinqtonda Donald Tramp administrasiyası ilə Volodimir Zelenski arasında münasibətlərin gərginləşdiyi dövrdə belə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Ukrayna ilə bağlı mövqeyinin dəyişmədiyi üzə çıxıb.

Musavat.com xəbər verir ki, The New York Times-ın yazdığına görə, CİA-nın direktoru Con Ratcliffe əvvəlki administrasiya dövründən qalan əsas kəşfiyyat heyətini vəzifədə saxlayıb və Ukraynaya dəstəyin davam etdirilməsində əsas fiqurlardan biri olub.

Məlumata əsasən, Tramp administrasiyası müəyyən mərhələdə Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaq qərarı verəndə, Ratklif birbaşa Donald Trampla əlaqə saxlayaraq bu addımın yenidən nəzərdən keçirilməsinə nail olub. Görüş zamanı Tramp rəsmi mövqedə bu dəstəyin inkar ediləcəyini, lakin faktiki olaraq Ukraynaya kəşfiyyat yardımının davam etdirilməsinə “yaşıl işıq” yandırıldığını bildirib.

Qəzet yazır ki, Tramp xüsusilə Ukraynanın Rusiyanın neft obyektlərinə endirdiyi zərbələri müsbət qiymətləndirib və Kiyevin bu istiqamətdə effektiv fəaliyyət göstərdiyini vurğulayıb. ABŞ tərəfi Ukrayna ilə yüksək məxfilik səviyyəsində kəşfiyyat məlumatları bölüşüb ki, bu da Rusiya enerji infrastrukturuna qarşı həyata keçirilən zərbələrin dəqiqliyini artırıb.

Məqalədə qeyd olunur ki, Ratklifin formalaşdırdığı kəşfiyyat komandası son aylarda Ukraynanın hücum əməliyyatlarında dolayı deyil, birbaşa iştirak edib. Bu amil Ukraynanın Rusiya enerji sektoruna qarşı ardıcıl və effektiv zərbələrinin əsas səbəblərindən biri kimi dəyərləndirilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR