İnsanlara hürriyət, millətlərə istiqlal!

Tezliklə Hörmüz öz əhəmiyyətini itirəcək – Tramp

Tezliklə Hörmüz boğazı əvvəlki qədər əhəmiyyətli olmayacaq.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib. Ağ Evdə jurnalistlərlə neftin qiymətini müzakirə edən Tramp bildirib ki, ABŞ-ın İrana qarşı müharibəsinə baxmayaraq, onun qiyməti "indi bir barel üçün 84-85 dollardır", qismən də Hörmüz boğazından "böyük həcmdə neftin keçməsi" səbəbindən: "Amma insanlar həmçinin ağlına belə gətirmədikləri alternativlər tapıblar - Texas, Alyaska, Luiziana və digər enerji istehsalı yerlərində.

Eyni zamanda, çox sayda boru kəməri tikilir. Söhbət rekord sayda kəmərlərdən. Buna görə də düşünürəm ki, Hörmüz boğazı əvvəlkindən daha az əhəmiyyətli olacaq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR