İnsanlara hürriyət, millətlərə istiqlal!

Terror çağırışı edən erməni Rusiyada saxlanıldı – VİDEO

Musavat.com xəbər verir ki, terror aktına çağırış edən erməni ekstremist Rusiyanın İvanovo vilayəti ərazisində saxlanılıb.

Məlumata görə, saxlanılan şəxs sosial şəbəkələr və digər onlayn platformalar vasitəsilə terrorçuluğu açıq şəkildə təbliğ edib və zorakılıq aktlarına çağırışlar səsləndirib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində onun fəaliyyəti ifşa olunub və barəsində cinayət işi başlanıb.

Rəsmi açıqlamada bildirilir ki, təqsirləndirilən şəxs terrorizmi açıq şəkildə əsaslandırmaqda ittiham olunur. Rusiya qanunvericiliyinə əsasən, bu maddə üzrə onu 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Hazırda istintaq tədbirləri davam etdirilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR