İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehrandan İraq Kürdüstanına gözlənilməz hücum: Məsrur Bərzaninin reziensiyası hədəf alındı

İran Silahlı Qüvvələrinə məxsus iki ədəd patlayıcı ilə təchiz olunmuş "Hadid-110" zərbə pilotsuz uçuş aparatı İraq Kürdüstanının mərkəzi Ərbil şəhərində regional təhlükəsizlik xidmətinin rəhbərinin iqamətgahını və bölgənin Baş naziri Məsrur Bərzaninin ofisini hədəf alıb.

Musavat.com xəbər verir ki, yerli hakimiyyət orqanlarının rəsmi məlumatına görə, hücum nəticəsində xəsarət alan olmayıb və tikililərə kritik ziyan dəyməyib.

Kürdüstanın Anti-Terror Baş İdarəsi baş verən hadisəni sərt şəkildə pisləyərək hücumu rəsmən terror aktı kimi qiymətləndirib.

İdarədən vurğulanıb ki, bu təcavüzün nəticələrinə və regionda mümkün eskalasiyaya görə bütün məsuliyyət tamamilə hücumun təşkilatçıları və icraçılarının üzərinə düşür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR