Onlayn ictimai-siyasi qəzet
İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı olan “Tasnim” xəbər agentliyi Möhsün Rzayinin İranın Ali Milli Təhlükəsizlik Şurasına Ali Rəhbərin nümayəndəsi təyin edildiyini bildirib.
Musavat.com xəbər verir ki, məlumata görə, Möhsün Rzayi və Səid Cəlili hazırda şurada İranın Ali Rəhbərinin nümayəndələri kimi fəaliyyət göstərirlər.
Rzayinin bu posta təyinatı ilə bağlı xəbərlər Məhəmməd Baqir Zülqədrin Ali Milli Təhlükəsizlik Şurasının katibliyindən istefa verməsi barədə məlumatların yayıldığı vaxtda gündəmə gəlib.
Məlumata görə, bəzi İran mediasında Rzayinin təkcə Ali Rəhbərin nümayəndəsi deyil, həm də Zülqədrin yerinə şuranın katibi təyin edildiyi barədə iddialar yer alıb.
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ