İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Pakistanla Əfqanıstan arasında açıq müharibə başladı

Pakistanla Əfqanıstan arasında dünəndən başlanan silahlı qarşıdurma tammiqyaslı müharibəyə çevrilib.

Musavat.com xəbər verir ki, məlumatı Pakistanın müdafiə naziri Xavaca Asif açıqlayıb. O, İslamabadın Əfqanıstandakı Taliban hökumətinə qarşı "açıq müharibə" elan etdiyini bildirib: "İndi sizinlə açıq müharibə aparacağıq. İndi isə bu, qanlı bir müharibə olacaq. Pakistan ordusu xaricdən gəlməyib. Biz sizin qonşunuzuq, sizin dövrlərinizi bilirik".

Nazir Taliban hökumətini "Əfqanıstanı Hindistan koloniyasına çevirməkdə", "bütün dünyadan terrorçuları toplamaqda və terrorizmi ixrac etməkdə" və "Hindistanın oyuncağına çevrilməkdə" günahlandırıb.

Xatırladaq ki, son həftələrdə Əfqanıstanda yerləşən terror qrupları Pakistanda hüquq-mühafizə orqanlarına qarşı böyük tələfatla nəticələnən terror aktları həyata keçirib. Buna cavab olaraq Pakistan Əfqanıstan ərazisində terror qruplarının mövqelərinə zərbələr endirib. Taliban isə dünən Durand xətti boyunca - Xost, Paktiya, Nuristan və bir sıra digər ərazilərdə Pakistana qarşı əməliyyatlara başladığını elan edib. Pakistan isə bu addıma Əfqanıstanda hərbi obyektlərə hava zərbələri ilə cavab verib.

Əfqanıstanın Ali Lideri Zəbihullah Mücahidin sözçüsü Pakistanın Əfqanıstanın üç əyalətinə - Kabil, Qəndəhar və Paktiyaya hücumlar etdiyini bildirib. Mücahidin sözlərinə görə, itki və ya yaralanma barədə heç bir məlumat yoxdur.

Al Jazeera-nın yaydığı məlumata görə, Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış, ardınca şiddətli atışma baş verib.

Taliban tərəfi Pakistan qırıcısını vurduğunu iddia edir. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR