İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıt bulvarında 28 yaşlı gəncin meyiti tapıldı

Sumqayıt şəhərində ölüm faktı qeydə alınıb.

Musavat.com Teleqraf-a istinadla bildirir ki, hadisə şəhər bulvarı ərazisində baş verib.

Məlumata görə, 1997-ci il təvəllüdlü Natiq Nadir oğlu Şamilovun cansız bədəni ərazidə tapılıb. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və ərazi mühafizəyə götürülüb.

Meyit müvafiq qurumlara təhvil verilib.

Faktla bağlı araşdırma başlanılıb, ölümün dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR