İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh ümidləri puç oldu: danışıqlar “qarışıq və uğursuz” qiymətləndirildi

Rusiya ilə Ukrayna arasında keçirilən son danışıqlar gözlənilən sülh nəticəsini verməyib.

Musavat.com xəbər verir ki, Politico nəşri prosesin faktiki olaraq ABŞ prezidenti Donald Tramp üçün nəzərdə tutulmuş siyasi tamaşaya çevrildiyini yazır.

Nəşrin qiymətləndirməsinə görə, hər iki tərəf münaqişənin uzanmasına görə məsuliyyəti qarşı tərəfin üzərinə ataraq Vaşinqtonu öz mövqeyinə inandırmağa çalışır.

Mənbə bildirib ki, bu həftə Cenevrədə keçirilən danışıqlar raundu “o qədər də uğurlu olmayıb”. Onun sözlərinə görə, tərəflər fərqli gözləntilərlə gəldikləri üçün müzakirələr qarışıq keçib: Rusiya əsasən ərazi məsələlərini gündəmə gətirib, Ukrayna isə humanitar və təhlükəsizlik problemlərini müzakirə etmək istəyib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR