İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada qapalı qapılar arxasında CIA–FSB danışıqları – iki mühüm ad üzə çıxdı

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Moskvada apardığı danışıqların yeni detalları məlum olub.

Musavat.com xəbər verir ki, “VÇK-OGPU” Telegram kanalının məlumatına görə, Retkliff Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) iki yüksək vəzifəli nümayəndəsi – Üçüncü Xidmətin (Hərbi Əks-Kəşfiyyat Departamenti) rəhbəri İvan Tkaçev və Beşinci Xidmətin rəhbəri Aleksey Komkovla danışıqlar aparıb.

Mənbə bildirir ki, hər iki yüksək vəzifəli FSB rəsmisinin rəhbərlik etdiyi strukturlar Ukraynadakı müharibə ilə birbaşa əlaqəlidir.

“VÇK-OGPU”nun məlumatına görə, Retkliffin Rusiya Prezidenti Vladimir Putinlə mümkün görüşü də nəzərdən keçirilib. Belə bir görüşün yalnız FSB rəsmiləri ilə danışıqlar uğurlu nəticələnəcəyi təqdirdə baş tuta biləcəyi bildirilir.

Görünür, bu şərt təmin olunmayıb və CIA direktoru ilə Putin arasında görüş keçirilməyib.

Kreml isə Retkliffin Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri ilə təmasda olduğunu rəsmən təsdiqləyib, lakin Rusiya tərəfindən danışıqlarda kimlərin iştirak etdiyini açıqlamayıb.

Kremlin sözçüsü Dmitri Peskov həmçinin Retkliffin Putinlə görüşmədiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR