İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə ilə İsrail toqquşmanın bir addımlığında – Bakı yenidən vasitəçi ola bilər

Türkiyə və İsrail yenidən Azərbaycanın vasitəçiliyini qəbul edərsə, qarşıya qoyulan əsas məqsəd iki ölkəni barışdırmaq deyil, Ankara ilə Tel-Əviv arasında təhlükəli həddə çatan gərginliyi azaltmaq olacaq.

Musavat.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Politoloqun sözlərinə görə, mövcud şəraitdə Türkiyə ilə İsrail arasında tam barışığın əldə olunması real görünmür. Lakin iki ölkənin Suriya ərazisində birbaşa qarşıdurmaya olduqca yaxınlaşması dialoqu zəruri edir.

Elxan Şahinoğlu qeyd edib ki, Suriya və İsrail rəsmiləri artıq İordaniyada görüşərək mövcud gərginliyi aradan qaldırmağa çalışırlar. Onun fikrincə, ikinci müzakirə və dialoq platforması yenidən Bakı ola bilər.

Screenshot_5.png (616 KB)

Məsələnin əsas düyün nöqtəsi Türkiyənin Suriyada hərbi mövcudluğunu gücləndirmək planlarıdır. İsrail Suriyada Türkiyəyə məxsus hərbi bazaların yerləşdirilməsinə qarşı çıxır. Ankara isə Suriya ilə qurmaq istədiyi hərbi ittifaqın İsrailə aidiyyəti olmadığı və bu ölkəyə qarşı yönəlmədiyi qənaətindədir.

Politoloq vurğulayıb ki, tərəflərin bu qədər fərqli yanaşmaları fonunda ortaq məxrəcə gəlmək çətin olacaq. Bununla belə, Ankara ilə Tel-Əviv arasında birbaşa dialoq formatının yaradılması və davam etdirilməsi bölgədə sabitliyin qorunması baxımından qarşıdurmadan daha faydalıdır.

Beləliklə, Bakı platformasının mümkün missiyası Türkiyə ilə İsraili barışdırmaqdan çox, tərəflər arasında əlaqəni qorumaq, Suriyada hərbi toqquşma riskini azaltmaq və regional gərginliyin nəzarətdən çıxmasının qarşısını almaq ola bilər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR