İnsanlara hürriyət, millətlərə istiqlal!

“Stomatologiyanın müqəddəs qədəhi” - İnqilabi KƏŞF

Britaniyalı alimlər diş sağlamlığında inqilab sayıla biləcək yeniliyə imza atıblar.

Musavat.com xəbər verir ki, onlar diş minasını qoruyan, möhkəmləndirən və zədələnmiş sahələrdə təbii şəkildə yenidən formalaşmasını təmin edən xüsusi gel hazırlayıblar.

Tədqiqatçılar bu kəşfi “stomatologiyanın müqəddəs qədəhi” adlandıraraq onun gələcəkdə karies problemini tamamilə aradan qaldıra biləcəyinə inanırlar.

Hazırlanan bu innovativ gel diş minasının təbii quruluşuna uyğun şəkildə işləyir. Diş səthinə çəkildikdə aktiv maddələr mina qatında regenerasiya prosesini başladır, mineral itkisini bərpa edir və zədələnmiş sahələrdə yeni təbəqə formalaşdırır. Ən mühümü isə odur ki, bu proses ağrısız, təhlükəsiz və bahalı stomatoloji prosedurlara ehtiyac qalmadan həyata keçirilir.

Gelin istifadəsi sadədir - o, adi diş pastası kimi problemli dişin üzərinə çəkilir və qısa müddətdə təsirini göstərməyə başlayır.

İlk klinik sınaqlar ümidverici nəticələr verib: iştirakçıların diş minasında həm struktur baxımından, həm də funksional cəhətdən əhəmiyyətli yaxşılaşmalar müşahidə olunub.

Tədqiqat qrupu hazırda preparatın daha genişmiqyaslı sınaqlarını aparır. Mütəxəssislər ümid edirlər ki, sözügedən gel yaxın illərdə istifadəyə veriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR