İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandan Bakı ilə bağlı yeni addım – neytral ölkəyə müraciət edildi

Ermənistan Bakı həbsxanalarında saxlanılan ermənilərə baş çəkmək üçün üçüncü, neytral ölkəyə müraciət edib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İrəvan neytral ölkələrdən birindən konsulluq səfərinin təşkil edilməsini və Bakıda saxlanılan erməni məhbuslarla görüş keçirilməsini xahiş edib. Ermənistan XİN müraciətin konkret olaraq hansı ölkəyə edildiyini açıqlamayıb.

Nazirlik vurğulayıb ki, belə bir səfərin təşkil olunması üçün Azərbaycanın razılığı tələb olunur.

Ermənistan XİN, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin Bakı həbsxanalarında saxlanılan ermənilərə baş çəkməsinin yenidən mümkün olması ilə bağlı təşkilatla fəal danışıqların davam etdiyini bildirib.

“Ermənistan XİN mütəmadi olaraq BQXK nümayəndələri ilə görüşlər keçirir və onların saxlanılan şəxslərə baş çəkməsi imkanını müzakirə edir. Lakin bu il BQXK bunun üçün müvafiq icazə almayıb”, – məlumatda qeyd olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR