İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Rusiya ticarət mərkəzini ikinci dəfə VURDU - Zelenskidən TƏCİLİ AÇIQLAMA

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Krivoy Roq şəhərindəki ticarət mərkəzinə endirdiyi zərbəyə reaksiya verib.

Musavat.com xəbər verir ki, Zelenskinin sözlərinə görə, hücum zərbə dronları ilə iki dalğada həyata keçirilib.

İlk zərbədən və yanğın başladıqdan yarım saat sonra xilasetmə xidmətlərinə təkrar zərbə endirilib.

"Hazırda beş nəfərin həlak olduğu məlumdur. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm", - deyə Zelenski qeyd edib.

O əlavə edib ki, hücum nəticəsində altısı uşaq olmaqla ən azı 52 nəfər xəsarət alıb. Yaralananlara tibbi yardım göstərilir.

Zelenski baş verənləri "terror aktı" adlandırıb və beynəlxalq birliyi Rusiyaya təzyiqi artırmağa çağırıb.

"Sülhün bərqərar olması üçün Rusiyanın real məsuliyyət daşıması vacibdir", - deyə Ukrayna prezidenti vurğulayıb.

@@TVmusavat/153464@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR