Onlayn ictimai-siyasi qəzet
İran ABŞ tərəfindən gələcək hər hansı yeni təhdidə "sarsıdıcı" cavab verəcəyini bəyan edib.
Musavat.com "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Əli Abdollahi açıqlama verib.
Baş qərargah rəisi ölkənin hərbi hazırığını xüsusi vurğulayıb.
"Quru, dəniz, hava, hava hücumundan müdafiə və kiberməkanda hərəkət etmək hazırlığına malik olan İran Silahlı Qüvvələri düşmənin yeni təhdidlərinə sarsıdıcı, cəzalandırıcı və dağıdıcı tədbirlərlə cavab verəcək", - deyə Abdollahi qeyd edib.
Musavat.com
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ