Onlayn ictimai-siyasi qəzet
Müxtəlif hərbi kəşfiyyat mənbələri İranın ballistik raket ehtiyatlarının və start qurğularının (launcher) kritik həddə qədər azaldığını təsdiqləyir.
Musavat.com xəbər verir ki, müharibənin başlanğıcı ilə müqayisədə İranın gündəlik raket buraxılışlarının sayı rekord həddə – 91% azalıb.
Rəsmi Tehran arsenalındakı bu boşluğu doldurmaq və üzərindəki hərbi təzyiqi azaltmaq məqsədilə Livandakı "Hizbullah" və Yəməndəki husi müttəfiqlərinə təcili çağırış edərək, İsrail və ABŞ hədəflərinə qarşı hücumları intensivləşdirməyi tapşırıb. Hərbi ekspertlərin hesablamalarına görə, İsrail və ABŞ-ın sarsıdıcı zərbələri nəticəsində İranın əlində qalan mobil start qurğularının tamamilə sıradan çıxmasına cəmi 6 gün qalıb.
Bu, İranın müdafiə qabiliyyətinin iflic olması və qısa müddət ərzində ballistik raketlərdən istifadə imkanını itirməsi deməkdir. Məhz bu səbəbdən Tehranın "proksi" qüvvələri vasitəsilə regional eskalasiyanı artıraraq zaman qazanmağa çalışdığı bildirilir.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ