Onlayn ictimai-siyasi qəzet
Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskvaya yönələn növbəti pilotsuz uçuş aparatını (PUA) vurub.
Musavat.com xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin məlumat verib.
Onun sözlərinə görə, gün ərzində Moskva yaxınlığında ümumilikdə 12 PUA məhv edilib.
Moskva yaxınlığındakı Vnukovo və Yaroslavl hava limanlarında hava nəqliyyatına məhdudiyyətlər tətbiq edilib.
Rosaviatsiya bildirir ki, Vnukovoda uçuşlara məhdudiyyətlər artıq bir saatdan uzun davam edib.
Ukrayna telegram kanallarının məlumatına görə, Moskvaya doğru 100-ə yaxın PUA hərəkət edir.
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ