İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Sənaya zərbəni ABŞ-la razılaşdırıbmış

Yəmənin paytaxtı Sənadakı hava limanına zərbə endirməzdən əvvəl Səudiyyə Ərəbistanı hakimiyyəti Vaşinqton administrasiyasından təsdiq alıb.

Musavat.com xəbər verir ki, məlumatı Axios-a ABŞ rəsmiləri arasındakı mənbələr açıqlayıb.

Bildirilir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş nazir Məhəmməd bin Salman Əl-Səud hücum planları barədə ABŞ prezidenti Donald Trampı əvvəlcədən "xəbərdar edib" və "ondan dəstək istəyib".

Ağ Ev rəhbəri Ər-Riyadın addımlarını "dəstəklədiyini" bildirib. Nəşr qeyd edir ki, Səudiyyə hökumətinin hərəkətlərini əvvəlcədən Vaşinqtonla əlaqələndirmək qərarı onun "husilərlə ABŞ-ın hərbi və diplomatik yardımını tələb edəcək tammiqyaslı münaqişədən qorxduğunu" göstərir.

Bundan əvvəl Ənsar Allah hərəkatı Səna hava limanına hücumda Səudiyyə Ərəbistanını günahlandırıb və gərginliyin azaldılması dövrünün bitdiyini elan edib. Husilər həmçinin Krallıqdakı Abha beynəlxalq hava limanına ballistik raketlər və pilotsuz təyyarələr endirməklə cavab verdiklərini iddia ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR