İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərnişin avtobusu qəza etdi - Xəsarət alanlar var - FOTO

Bakı-Gəncə avtomobil yolunda sərnişin daşıyan avtobus qəza edib. 

Musavat.com “Qafqazinfo”ya istinadla bildirir ki, hadisə magistral avtomobil yolunun Zazalı qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Hundai”  markalı avtomobil “Range Rover” markalı maşına arxadan çırpılıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, 1989-cu il təvəllüdlü Əli Süleymanov, 2024-cü il təvəllüdlü Əsgər Süleymanov, 2019-cu il təvəllüdlü Mələk Süleymanova və 1996-cı il təvəllüdlü Ruhanə Məmmədova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. 

Qəzanın təfərrüatları dəqiqləşdirilir.

***

Qəzada xəsarət alanların sayı artıb. 

Alim Məmmədov (2006), Elnurə Həsənova (1996), Samirə Məmmədova (1995), Asəf Mehdiyev (2000).

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR