Onlayn ictimai-siyasi qəzet
Sabah Masazırın bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq.
Bu barədə Musavat.com "Azərişıq" ASC-yə istinadən xəbər verir.
Qeyd olunur ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq "Masazır" yarımstansiyasında təmir-təftiş işləri həyata keçiriləcək.
Bununla əlaqədar olaraq saat 09:00-dan 17:00-dək Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
21 Iyul 2026
20 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ