İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Kiyevə atdığı bombalar Bakını necə vurdu? Paytaxt sakinləri danışır...

Rusiyanın Ukraynaya hücumu nəticəsində və ondan sonra tətbiq olunan sanksiyaların təsiri ilə qlobal ticarət zəncirində ciddi qırılmalar yaranıb.

“Yeni Müsavat”ın iqtisadi yazarı Dünya Sakit açıqlamasında bildirib ki, məhsullarda çatdırılmalar gecikir və yükdaşımalar ləngiyir:

“Artıq bir çox sahələrdə qıtlıq hiss olunur. Bu isə bütün əmtəə bazarlarında bahalaşmaya səbəb olub. Bütün dünyada olduğu kimi Azərbaycan bazarında da həm qida, həm də qeyri-qida məhsullarının dəyəri kəskin bahalaşıb. Bir çox məhsullarda bahalaşma 40 faizə yaxınlaşıb”.

Bəs paytaxt sakinləri bahalaşmanı ən çox hansı məhsullarda hiss edir? Hansı qidalarda bahalaşma onların büdcələrinə təsir edir?

Mövzu ilə bağlı Tv Musavat-ın əməkdaşları paytaxt sakinləri arasında sorğu keçirib, onların fikirlərini öyrənib.



Nərminə Aydın, Anar Əhməd,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR