İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın 5 milyard dolları Ukrayna üçün müsadirə ediləcək

Vaşinqton administrasiyası 2026-2028-ci illər arasında ABŞ yurisdiksiyası altında dondurulmuş Rusiya aktivlərinin yarısını müsadirə edə bilər.

Musavat.com xəbər verir ki, bu plan Konqresin büdcə komitəsinin hesabatında yer alıb

Hesabata əsasən bu aktivlərin ümumi dəyəri 5 milyard dollar olaraq qiymətləndirilir. Bu isə o deməkdir ki, 2025-ci ildə onların Ukraynaya dəstək üçün yönəldilməsini nəzərdə tutan Qanun qəbul edilərsə, təxminən 2,5 milyard dollar müsadirə potensialı var.

Komitə qeyd edib ki, "Konqresin Büdcə İdarəsi federal hökumətin bunu etməsi ehtimalının 50 faiz olduğunu təxmin edir".

Konqresdə hazırlanmış qanun layihəsinə əsasən müsadirə olunarsa, təxminən 300 milyon dollar müvəqqəti olaraq ABŞ dövlət qiymətli kağızlarına yatırılacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2026

13 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR