İnsanlara hürriyət, millətlərə istiqlal!

Açılışı edilən körpü çökdü - Hələ üstündən keçən olmamışdı

İndoneziyanın Qərbi Yava əyalətinin Panqandaran bölgəsində yerləşən Marqasinta kəndində inşa edilən Pongpet Asma Körpüsü açılış mərasimi zamanı qəzaya uğrayıb.

Musavat.com xəbər verir ki, 30 avqust 2026-cı il tarixində keçirilən mərasimdən sonra Panqandaran meri Citra Pitriyami, hərbi rəsmilər və çoxsaylı vətəndaşlar körpüdən keçmək istəyiblər.

Təhlükəsizlik qaydalarına əsasən, körpüdən eyni vaxtda yalnız 3 nəfərin və ya bir motosikletin keçməsinə icazə verilirdi. Lakin xəbərdarlıq lövhəsinə baxmayaraq, 50-dən çox insan eyni anda körpünün üzərinə çıxıb.

Nəticədə körpünün sol tərəfindəki daşıyıcı tros əsas birləşmə sistemindən ayrılıb və konstruksiya yan tərəfə əyilib.

Təxminən 60 metr uzunluğunda olan polad troslu və taxta döşəməli körpüdə hadisə zamanı böyük panika yaşanıb.

Hadisədən sonra körpünün tamamilə çökdüyü ilə bağlı məlumatlar yayılsa da, İndoneziya Quru Qoşunlarının İnformasiya İdarəsi açıqlama verərək əsas daşıyıcı konstruksiyanın yerində qaldığını bildirib.

Qurumun məlumatına görə, problem daşıyıcı trosun birləşmə nöqtəsindən qopması səbəbindən yaranıb.

Panqandaran polisi hadisə nəticəsində ölən olmadığını açıqlayıb.

Məlumata görə, mer Citra Pitriyami və bir neçə vətəndaş yüngül xəsarətlər alıb.

Qəzadan sonra körpünün istifadəsi müvəqqəti olaraq dayandırılıb.

Hazırda Kodim 0625/Panqandaran hərbi bölmələri və yerli İctimai İşlər İdarəsinin mütəxəssisləri tərəfindən texniki araşdırma və təmir işləri aparılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR