İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada incidilən miqrantlar məsələsi - Daşkənd tələb edir, Bişkek RF-ni məhkəməyə verir

Rusiyanın səfiri Aleksey Yerxovla görüşdə Özbəkistan xarici işlər nazirinin müavini Olimjon Abdullayev Rusiyadakı Özbəkistan vətəndaşlarının miqrasiya qanunlarını pozub-pozmamasından asılı olmayaraq, reydlər zamanı hüquqlarının pozulmamalı olduğunu vurğulayıb.

Musavat.com Gazeta.uz saytına istinadla xəbər verir ki, XİN-in mətbuat xidmətinin məlumatına görə, naziri müavini Olimjon Abdullayev Rusiya səfiri Aleksey Yerxovla görüşdə Rusiyada işləyən Özbəkistan vətəndaşlarının hüquqlarının qorunması məsələsini müzakirə ediblər.

Danışıqlarda Özbəkistanın Rusiya bölgələrindəki baş konsulları, eləcə də Rusiya konsulluq idarəsinin, miqrasiya xidmətlərinin və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.

Özbəkistan tərəfi "miqrasiya yoxlamaları və reydləri zamanı həm qanuna tabe olan şəxslərin, həm də miqrasiya qanunlarını pozan Özbəkistan vətəndaşlarının hüquqlarının və insan ləyaqətinin hər hansı bir şəkildə pozulmasının qarşısının alınmasının fundamental əhəmiyyətini" vurğulayıb.

Hər iki tərəf qarşılıqlı əlaqəni daim təkmilləşdirmək və əməkdaşlığı gücləndirmək üçün müntəzəm konsulluq məsləhətləşmələrinin və ikitərəfli görüşlərin zəruriliyini təsdiqləyib.

Digər Mərkəsi Asiya respublikasının - Qırğızıstan da miqrantlarla bağlı Rusiyaya iradları var.
ArbatMedia saytı yazır ki, Qırğızıstan hakimiyyəti miqrant işçilərin ailə üzvlərinə icbari tibbi sığorta təminatı verməkdən imtina edən Rusiyaya qarşı Avropa İnsan Haqları Məhkəməsində iddia qaldırıb.

Qırğızıstanın İcbari Tibbi Sığorta Fondunun rəhbəri Azamat Mukanov bildirib ki, Rusiya sosial təminat haqqında müqavilənin 96-97-ci maddələrini pozur. Bu, respublikadan olan qırğız miqrant işçilərinin qohumlarına icbari tibbi sığorta hüququ verməkdən imtina ilə bağlıdır.

Məsələ Qırğızıstan parlamentinin komitə iclasında qaldırılıb. Deputatlar Rusiyada qırğız miqrant işçilərinin hüquqlarının qorunması və onlara tibbi yardım göstərilməsi səylərinin gedişatı barədə soruşublar.

Xatırladaq ki, 2024-cü ilin mart ayından, “Krokus siti” əyləncə mərkəzində tacil əsilli terrorçular tərəfindən törədilən terror aktından sonra Mərkəzi Asiyadan olan miqrantlara qarşı başlanmış reydlər zamanı onları döyə-döyə bir məkana toplayır, üzü üstə döşəməyə yıxır, yerdə süründürür, təhqir edir, sonra ya külli miqdarda pullarını alıb buraxır, ya da deportasiya edirlər. Məcburi şəkildə Ukrayna cəbhəsinə göndərilənlər də az deyil.

Bu qanunazidd hərəkətlər və total hüquqsuzluq üzündən son iki ildə yüz minlərlə özbək tarixi vətənlərinə qayıdıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR