Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Kemerovo vilayətində kişi mağazada pensiya yaşlı qadına bıçaqla hücum edib.
Musavat.com xəbər verir ki, hadisə Prokopyevsk yaxınlığındakı Trudoarmeyski qəsəbəsində baş verib.
İlkin məlumata görə, hücum zamanı yaşlı qadın boyun nahiyəsindən zərbə alıb. Qadının qalın gödəkçəsi – “puxovik” zərbəni qismən saxlayıb və bu, onun həyatını xilas edib.
Mağaza əməkdaşı hücum edən şəxsi kənara çəkərək qadını xilas etməyə çalışıb. Bundan sonra şübhəli “SVO-ya gedirəm” deyib, diz çökərək əl çalmağa başlayıb.
Xəsarət alan qadının bud sümüyünün boyun hissəsində sınıq (şeyka sınığı) olduğu bildirilir. O, xəstəxanaya yerləşdirilib.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ