İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada azərbaycanlı ilə bağlı SƏRT QƏRAR - Vətəndaşlığı ləğv edildi, ölkəni tərk etməlidir

Çuvaş Respublikası Daxili İşlər Nazirliyi 2007-ci ildə Rusiya pasportu almış 43 yaşlı Azərbaycan vətəndaşının Rusiya vətəndaşlığından çıxarılması barədə qərar qəbul edib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Məlumatda bildirilir ki, buna səbəb "ictimai təhlükəsizliyə zidd hərəkətlər" olub.

2025-ci ildə həmin şəxs bu cür cinayətlərə görə iki dəfə inzibati məsuliyyətə cəlb edilib.

Bu qərar Çuvaş Daxili İşlər Nazirliyi tərəfindən regional FTX idarəsinin məlumatları əsasında verilib.

Azərbaycanlıya vətəndaşlığına xitam verilməsi barədə məlumat verilib və o, mümkün qədər tez Rusiyanı tərk etməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR