İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı yoxa çıxdı – FOTO

Rusiya vətəndaşı olan azərbaycanlı Süleyman Əlixan oğlu Salmanov Rusiya-Ukrayna müharibəsində itkin düşüb.

Musavat.com-a daxil olan məlumata görə, ailəsi artıq bir müddətdir ondan xəbər ala bilmir və taleyi barədə hər hansı rəsmi məlumat yoxdur.

Bildirilib ki, Süleyman Salmanov Rusiya ordusunun 154-cü diviziyasının tərkibində, tank əleyhinə idarə olunan raket bölməsində xidmət edib. O, Donetsk vilayəti ərazisində gedən döyüşlər zamanı, Toretsk şəhəri və Konstantinovka kəndi istiqamətində itkin düşüb.

Ailəsi onun taleyi ilə bağlı aidiyyəti qurumlardan məlumat gözləyir.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR