İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Odessanı bombaladı, şəmkirli ağsaqqalın evi dağıldı: 1 ölü, 23 yaralı - VİDEO

Dünən gecə Odessa şəhəri Rusiya silahlı qüvvələrinin növbəti kütləvi dron hücumlarına məruz qalıb.

Bu barədə Musavat.com-a Odessada yaşayan jurnalist Anar Natiqoğlu məlumat verib.

NATİQ.jpg (65 KB)

Hücum nəticəsində şəhərin elektrik infrastrukturu ilə yanaşı, mərkəzi rayonlarda yerləşən fərdi və çoxmənzilli yaşayış binalarına da ciddi ziyan dəyib.

Ukraynanın yaydığı rəsmi məlumata görə, zərbələr nəticəsində 5-i uşaq olmaqla, 23 nəfər yaralanıb. Dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb, üç nəfərin isə axtarışları davam edir. Hadisə yerində xilasetmə və bərpa işlərinə cəlb olunan qüvvələr gecə boyunca çalışıb.

Zərbə alan yaşayış evlərindən birinin Şəmkir rayonunun İrmaşlı kəndindən olan ağsaqqal Murğuz kişiyə məxsus olduğu bildirilib. Onunla əlaqə saxlanılıb. Murğuz kişi möcüzə nəticəsində ailə üzvləri ilə birlikdə sağ qaldıqlarını deyib və evin ciddi zərər gördüyünü bildirib.

Hazırda Odessada fövqəladə vəziyyət rejimi çərçivəsində təhlükəsizlik tədbirləri gücləndirilib, zərərin miqyasının qiymətləndirilməsi və axtarış-xilasetmə işləri davam etdirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR