İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Azərbaycan məhsullarına BAZAR AÇDI - qazanc, yoxsa risk?

Rusiya artıq Ermənistanın kənd təsərrüfatı məhsullarını almaq istəmir və bu boşluğu Azərbaycanla doldurmağa hazırlaşır. Belə ki, Rusiya prezidentinin xüsusi nümayəndəsi Boris Titov bildirib ki, Moskva Ermənistanla itirdiklərini Azərbaycanla əvəzləyəcək, çünki Azərbaycan kənd təsərrüfatı sahəsində Ermənistandan daha böyük imkanlara malikdir, daha çox məhsul istehsal edir və Rusiyanın ehtiyac duyduğu həcmdə tədarük həyata keçirə bilir. Bu səbəbdən də Rusiya üçün Azərbaycan daha etibarlı və perspektivli tərəfdaş kimi görünür.

Bəs Rusiyanın bu açıqlaması, qərarı Azərbaycana nə kimi fayda verə bilər?

Ermənistan bazarından boşalan yeri doldurmağımız bizə xeyir gətirəcək, yoxsa Rusiyadan asılı vəziyyətə salacaq?

TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR