İnsanlara hürriyət, millətlərə istiqlal!

Robert Fiko təcili Aİ sammiti çağırmağı tələb etdi

Slovakiyanın baş naziri Avropa İttifaqının liderlərini neft böhranını təcili müzakirə etməyə çağırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, yanacaq qiymətlərinin artımını pensiya və səhiyyə vasitəsilə kompensasiya etmək ideyasını tənqid edib.

Fiko bildirib ki, Brüssel ölkələri neft böhranının fəlakətli nəticələri qarşısında taleyinə hökmünə buraxır.

O, qiymətləri cilovlamaq üçün sosial xərclərdən istifadə təklifini Aİ-nin "sinizmnin təzahürü” adlandırıb.

Son həftələrdə baş nazir Aİ və NATO-ya qarşı tənqidlərini artıraraq, onların Ukraynadakı müharibəyə və Rusiya ilə münasibətlərə yanaşmasına diqqət yetirib.

Keçən həftə Fiko bəzi Qərb siyasətçilərinin guya Rusiya ilə müharibə etmək istədiyini iddia edib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü başlayandan bəri Robert Fikonun siyasi xətti daima Moskvadan yana olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

09 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR