Onlayn ictimai-siyasi qəzet
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Seversk şəhərindən bölmələrin çıxarıldığını rəsmi şəkildə təsdiqləyib.
Musavat.com-un məlumatına görə, qurumun açıqlamasında bildirilir ki, qərar hərbi qulluqçuların həyatını qorumaq məqsədi ilə qəbul edilib.
Eyni zamanda vurğulanır ki, Seversk Ukrayna ordusunun atəş nəzarəti altında qalır. Baş Qərargaha görə, mövqelərin dəyişdirilməsi taktiki xarakter daşıyır və vəziyyətə uyğun olaraq döyüş tapşırıqları icra olunmağa davam edir.
Açıqlamada əlavə detallar verilməsə də, rəsmi mövqe ondan ibarətdir ki, şəxsi heyətin təhlükəsizliyi prioritet olaraq saxlanılır, əməliyyat nəzarəti isə itirilməyib.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ