Onlayn ictimai-siyasi qəzet
Türk rok musiqisinin “kraliçası” kimi tanınan Şebnem Ferah 6 illik fasilədən sonra yenidən səhnəyə qayıdıb.
Musavat.com xəbər verirr ki, məşhur sənətçi 3 iyun tarixində İstanbuldakı KüçükÇiftlik Park səhnəsində pərəstişkarları ilə görüşərək unudulmaz konsert proqramı təqdim edib.
Konsert zamanı “Sil Baştan”, “Bu Aşk Fazla Sana”, “Can Kırıkları”, “Çakıl Taşları” və “Ben Şarkımı Söylerken” kimi hit mahnılarını səsləndirən sənətçi tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
Uzun müddət sonra səhnəyə çıxmağın həyəcanını yaşayan Şebnem Ferah duyğularını izləyicilərlə bölüşüb:
“Buraya çox əsəbi gəlsəm də, sanki evə qayıdırdım, dostlar. Uzun müddətdən sonra kiməsə etibar etmək istəyirsən. Deyəsən, yoxluğumda mənim evim olduğunu anladım”.
Sənətçi konsert zamanı emosional anlar da yaşayıb.
O bildirib ki, mahnı oxuyarkən duyğularını idarə etməkdə çətinlik çəkib: “Əgər hər hansı bir səhv etmişiksə, bizi bağışlayın, bir az həddindən artıq həyəcanlı idik. Bu, hörmət və sevgidən irəli gəlir. Növbəti dəfə hər şey daha yaxşı olacaq”.
Konsertdən yayılan görüntülərdən sonra 54 yaşlı sənətçinin son görünüşü də sosial şəbəkələrdə geniş müzakirə olunub. Bir çox istifadəçi “Şebnem Ferah heç dəyişməyib”, “İllər ona yaxşı təsir edib”, “Rok musiqisinin kraliçası geri döndü” kimi şərhlər yazıb.
Şebnem Ferahın səhnəyə dönüş konsertinə Türkiyənin tanınmış simaları da qatılıb. Gecədə Beren Saat, Cem Yılmaz, Kenan Doğulu, Mazhar Alanson, Merve Dizdar, Ezgi Mola və Aleyna Tilki kimi məşhurlar iştirak ediblər.
Məşhur rok ifaçısının iyunun 27-də yenidən KüçükÇiftlik Park səhnəsində çıxış edəcəyi bildirilib.



04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ